
Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, İndoneziya, Qətər, Misir, Pakistan, Səudiyyə Ərəbistanı və İordaniya İsrailin Qəzza zolağında tibbi və mülki infrastruktura yönələn hücumları, eləcə də beynəlxalq humanitar hüququn pozulması ilə bağlı birgə bəyanat yayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Səkkiz ölkənin xarici işlər nazirləri tərəfindən yayımlanan bəyanatda İsrailin xüsusilə səhiyyə müəssisələrini və tibbi infrastrukturu hədəf alması, mülki yaşayış məntəqələrinə hücumların davam etməsi, həmçinin qadın və uşaqlar da daxil olmaqla mülki şəxslərin həyatını itirməsi “beynəlxalq hüququn ağır pozuntusu” kimi qiymətləndirilib.
Bəyanatda həmin 8 ölkənin xarici işlər nazirlərinin Qəzza zolağında davam edən hadisələrlə bağlı İsrailin hərəkətlərini ən sərt şəkildə qınadığı bildirilib.
Safura Bənnayeva
Globalinfo.az