Z7sYmHsYiwGEOSoNeGwFi6zJKWsqV0PK7Itf20f9 1200 1

Füzuli rayonunun Böyük Bəhmənli kəndi istiqamətində açıq ərazidə yanğın baş verib.

Bu barədə Globalinfo.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə hadisə ilə bağlı məlumat daxil olduqdan sonra əraziyə dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

Paylaş: