uk

Ukraynanın Lvov vilayətində iki qadın rus dilində musiqi dinlədikləri üçün ictimaiyyətdən üzr istəyib.

Globalinfo.az xəbər verir ki, hadisə Droqobıç şəhərində baş verib.

Belə ki, məsələ qonşular arasında yaranan mübahisədən başlayıb.

“Qadınlar rus dilində musiqiyə qulaq asıblar, qonşu onlardan musiqini söndürməyi tələb edib. Onlar isə ömür boyu rus dilində danışdıqlarını bildirərək bundan imtina ediblər. Nəticədə tərəflər arasında mübahisə yaranıb və hadisə yerinə polis çağırılıb.

Daha sonra qadınların üzr istədiyi anlar videoya çəkilib. Onlar “bir daha belə hal təkrarlanmayacaq” deyiblər”, – deyə xarici mediada qeyd edilib.

Bildirək ki, 2014-cü ildə Ukraynada baş verən hakimiyyət dəyişikliyindən sonra ölkədə sovet irsi, Rusiya ilə bağlı simvollar və rus dilinin istifadəsinə qarşı müxtəlif məhdudiyyətlər tətbiq olunub. Eyni zamanda, son dövrlərdə rus dilinin istifadəsi ilə bağlı cəmiyyət daxilində müzakirələr davam edir.

qadin

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: