“Teleqram”ın qurucusu Pavel Durov Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) onun ünvanına səsləndirdiyi ittihamlara, eləcə də adının terrorçuluq və ekstremist fəaliyyətlə əlaqəli şəxslər siyahısına salınmasına münasibət bildirib.
Globalinfo.az xəbər verir ki, Durov “Teleqram” kanalında paylaşdığı açıqlamada yazıb:
“Rusiya məni “Teleqram”da kütləvi nəzarət və senzura tələblərini yerinə yetirməkdən boyun qaçırdığım üçün “terrorçu” elan edib. Rusiya qanunvericiliyinə əsasən, artıq mənə “internetdə informasiya yaymaq” qadağan olunub. Görünür Rusiya rəsmiləri kimə nəyi qadağan etmək məsələsində çaşqınlıq yaşayırlar”, – Durov vurğulayıb.
Qeyd edək ki, bir gün əvvəl Durova terrorçuluğa yardım ittihamı irəli sürülüb və o, beynəlxalq axtarışa verilib. Bildirilir ki, ittihamlar “Teleqram”ın ekstremist və terror yönümlü cinayət fəaliyyəti, kiberdələduzluq və diversiya hazırlığı üçün istifadə olunan bir sıra kanalları silməkdən imtina etməsi ilə bağlıdır.
Əliyar Xəlil