Ukrayna Silahlı Qüvvələrinin pilotsuz sistemləri mayın 30-na keçən gecə Rusiyanın Taqanroq şəhərində yerləşən hərbi aerodromuna zərbələri nəticəsində iki Tupolev Tu-142 uzaqmənzilli sualtı qayıq əleyhinə təyyarə məhv edilib.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert Brovdi “Telegram” kanalında məlumat yayıb.
Bundan əlavə, Rusiyaya məxsus “İsgəndər” operativ-taktiki raket kompleksi də vurulub.
Brovdi əlavə edib ki, əməliyyatın digər nəticələri barədə məlumat daha sonra açıqlanacaq.
Həmin gecə Rusiyanın Rostov vilayətinin Taqanroq şəhərində neft infrastrukturu obyektləri də dron hücumuna məruz qalıb. Krasnodar diyarındakı neft bazasına da zərbə endirildiyi bildirilir.
***11:30
Rusiyanın Rostov vilayətinin Taqanroq şəhərində pilotsuz uçuş aparatlarının hücumu nəticəsində neft infrastrukturu obyektlərində güclü yanğın baş verib.
Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Rostov vilayətinin qubernatoru Yuri Slyusar Teleqram kanalında məlumat yayıb.
Onun sözlərinə görə, hücum nəticəsində Taqanroq limanında tanker, yanacaq rezervuarı və inzibati bina alovlanıb:
“İlkin məlumata görə, xəsarət alan yoxdur”.
Bundan başqa, Krasnodar diyarında yerləşən neft bazasının da hücuma məruz qaldığı bildirilir.
Hadisə ilə bağlı məlumatların dəqiqləşdirildiyi qeyd olunub.