Çeçenistan rəhbəri Ramzan Kadırov ölkəsində ərzaq qıtlığının yaranacağı ilə bağlı yayılan məlumatları təkzib edib.
Globalinfo.az xəbər verir ki, bu barədə o, “Telegram” kanalında paylaşım edib.
“İnternet məkanında vəziyyəti süni şəkildə gərginləşdirmək istəyənlər tərəfindən respublikamızda guya ərzaq qıtlığının yaranacağı ilə bağlı müxtəlif şayiələr yayılır. Bu məlumatlar kimlərinsə uydurmasıdır və reallığı qətiyyən əks etdirmir”, – deyə Kadırov vurğulayıb.
Onun sözlərinə görə, Çeçenistanda ərzaq məhsulları və əsas tələbat malları üzrə kifayət qədər ehtiyat mövcuddur:
“Fermer təsərrüfatları və emal müəssisələri normal fəaliyyət göstərir”.
Kadırov əlavə edib ki, 2026-cı ildə taxıl istehsalının ümumi həcminin 500 min tonu ötəcəyi gözlənilir:
“Hazırda 120 min hektar sahədə taxıl və paxlalı bitkilərin yığımı başa çatdırılıb, ümumilikdə 369 min ton məhsul əldə olunub ki, bu da ötən ilin eyni dövrünün göstəricilərini üstələyir”.
Əliyar Xəlil
Globalinfo.az