Qazaxıstan Prezidenti Kasım Jomard-Tokayev Rusiya Prezidenti Vladimir Putini Ukrayna münaqişəsini dondurmağa çağırıb.
Globalinfo.az xəbər verir ki, Tokayev Putinə İstanbul danışıqlarına qayıtmağı və sülh üçün müzakirələrə başlamağı təklif edib.
“Bəlkə də bu münaqişəni dayandırmağın və İstanbul 2.0 formuluna qayıtmağın vaxtıdır, çünki orada əhəmiyyətli nəticələr əldə edilib. Təbii ki, Rusiyanın da daxil olduğu böyük dövlətlərin zəmanətləri ilə çoxdan gözlənilən sülhə doğru irəliləməyə davam edə bilərik”, – Tokayev bildirib.
O, Qazaxıstanın vasitəçi olmaqdan imtina etdiyini, Rusiyanın buna ehtiyacının olmadığını deyib.
Əliyar Xəlil
Globalinfo.az