Suriya Ərəb Respublikasının keçid dövrü prezidenti Əhməd Əl Şaraanın Nyu Yorka səfəri çərçivəsində qatıldığı bir tədbirdəki hərəkəti maraqla qarşılanıb.
Globalinfo.az xəbər verir ki, Əl Şaraa səhnədə əyləşərkən Suriyanın xarici işlər naziri, onun döyüş yoldaşı Əsəd Şeybani də yanına gəlib.
XİN başçısına stul gətirilib. Bu zaman kresloda əyləşən Əl Şaraa Şeybaniyə olduğu kimi ona da stulun gətirilməsini istəyib. Beləliklə kreslo səhnədə stulla əvəz olunub.
Həmin anlar zalda alqışlarla qarşılanıb, təqdir olunub.
Görüntüləri təqdim edirik:
— x (@Xstockmedia) September 22, 2025
Əliyar Xəlil
Globalinfo.az