Kreml Ukrayna Silahlı Qüvvələrinin yeni baş komandanı Mixaylo Drapatiyin əvvəlki açıqlamalarına münasibət bildirib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Russiya1” kanalı məlumat yayıb.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, Drapatiy Rusiya vətəndaşları və Donbas sakinləri ilə bağlı səsləndirdiyi əvvəlki fikirlərə görə məsuliyyət daşıyacaq.
Peskovun sözlərinə görə, Moskva Ukraynanın yeni hərbi rəhbərinin bəyanatlarını diqqətlə izləyir və bu açıqlamalara lazımi qiymət veriləcək.
Tahir Turan
Globalinfo.az