Fransanın Vətənpərvərlər Partiyasının lideri Florian Filippot Ukrayna Prezidenti Volodimir Zelenskinin hazırda çətin siyasi vəziyyətdə olduğunu iddia edib.
Globalinfo.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Onun sözlərinə görə, Ukrayna hökumətində baş verən istefalar və bunun ardınca yaranan narazılıq Zelenskinin mövqeyini zəiflədib.
Filippot hesab edir ki, bu proses münaqişənin diplomatik yolla həllini dəstəkləyən qüvvələrin mövqeyini gücləndirə bilər. Siyasətçi sosial şəbəkə paylaşımında “Müharibə tərəfdarları ümidsizliyə qapıldıqca, sülh tərəfdarlarının ümidləri artır” ifadəsini işlədib.
Qeyd edək ki, Florian Filippot daha əvvəl də Zelenskinin mümkün daxili siyasi təzyiqlərdən yayınmaq üçün hökumətdə genişmiqyaslı kadr dəyişikliklərinə gedə biləcəyini iddia etmişdi.
Tahir Turan
Globalinfo.az