islamabad

Pakistan Xarici İşlər Nazirliyi Yəməndəki husilərin Səudiyyə Ərəbistanı və Qırmızı dənizdə gəmiçiliyə yönəlmiş təhdidlərini pisləyib.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Pakistan XİN məlumat yayıb.

“Bu cür addımlar regional təhlükəsizliyə təhdid yaradır və beynəlxalq naviqasiya azadlığını pozur. Pakistan bayrağı altında üzən gəmilərə ediləcək istənilən hücum ölkənin milli təhlükəsizliyi və suverenliyinə ciddi təhdid kimi qiymətləndiriləcək. Belə hallarda Pakistan dənizdəki aktivlərini və milli maraqlarını qorumaq üçün özünümüdafiə hüququ çərçivəsində bütün zəruri tədbirləri görmək hüququnu özündə saxlayır”,- bəyanatda vurğulanıb.

Paylaş: