2027-ci ildə keçiriləcək G20 sammitinin Böyük Britaniyanın Mançester şəhərində baş tutacağı bildirilir.
Globalinfo.az APA-ya istinadla xəbər verir ki, bu barədə “The Times” qəzeti məlumat yayıb.
Qəzetin məlumatına görə, Böyük Britaniyanın yeni Baş naziri Endi Börnhem iyulun 20-də ABŞ Prezidenti Donald Trampla telefon danışığı zamanı növbəti G20 sammitinin Mançesterdə keçiriləcəyini bildirib.
Qeyd edək ki, Börnhem bir müddət Böyük Mançester bölgəsinin meri vəzifəsində çalışıb.
2027-ci ildə G20-yə sədrliyin ABŞ-dan Böyük Britaniyaya keçəcəyi gözlənilir. G20-nin növbəti sammiti isə bu il dekabrın 14-15-də ABŞ-ın Florida ştatındakı Mayami şəhəri yaxınlığında yerləşən Doral şəhərində keçiriləcək.