Ermənistan hakimiyyəti yanlış siyasəti ilə İrəvanı Qərblə Rusiya arasındakı konfliktdə alətə çevirib.
Globalinfo.az xəbər verir ki, bu iddia ilə Ermənistanın eks-deputatı Arman Abovyan çıxış edib.
Onun sözlərinə görə, baş tutan mübarizədə Qərb Cənubi Qafqaz regionunda yeni enerji və nəqliyyat marşrutları formalaşdırır.
Abovyan Mərkəzi Asiyadan Avropaya gedən nəqliyyat marşrutunun Rusiya, İran və Çinin nəzarətində olmamasının Qərb üçün həyati əhəmiyyət kəsb etidyini söyləyib.
O, Ermənistanın bu yolda qalıb-qalmamasının artıq Qərb üçün əhəmiyyət kəsb etmədiyini deyib:
“Öz maraqlarını qorumaq yerinə Ermənistan onu Qərbdəki və Şərqdəki digər birliklərə sataraq deyir ki, siz orada mübarizə aparıb qərar verin, biz isə burada “gələcək var” deyə qışqırıb öz taleyimiz barədə qərarı gözləyəcəyik.
Hakimiyyət özünün yanlış siyasəti ilə Ermənistanı Qərblə Rusiya konfliktində alətə çevirib. Qərblə Rusiya mübarizəsinə daxil olub, indi isə bilmirlər ki, burada necə baş çıxarsınlar”.
İlkin Həsənov