İranın daxili işlər naziri İsgəndər Mömini iyulun 20-də Pakistanın paytaxtı İslamabada birgünlük rəsmi səfərə yollanacaq.
Globalinfo.az xəbər verir ki, bu barədə “The Nation” qəzeti məlumat yayıb.
Bildirilib ki, Mömini Pakistan rəhbərliyinə İran Prezidenti Məsud Pezeşkianın bölgədə sürətlə dəyişən vəziyyət və İranla ABŞ arasında davam edən qarşıdurma ilə bağlı mühüm mesajını çatdıracaq.
“İranın daxili işlər naziri səfər çərçivəsində nümayəndə heyətləri səviyyəsində danışıqlar aparacaq, həmçinin Pakistanın ali siyasi rəhbərliyi ilə görüşəcək”, – deyə nəşr yazıb.
Xatırladaq ki, ABŞ bu günlərdə İrana qarşı yeni hava zərbələri endirib. Məlumatlara görə, hücumların əsas məqsədi İslam Respublikasının xüsusilə Hörmüz boğazında istifadə etdiyi hərbi potensialı zəiflətməkdir.
Əliyar Xəlil
Globalinfo.az