shakira

2026-cı il futbol üzrə dünya çempionatının finalından sonra pop ulduzu Şakira ilə İspaniya millisinin qəhrəmanı Ferran Torresin səmimi ünsiyyəti sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Globalinfo.az xəbər verir ki,  İspaniyanın Argentinanı 1:0 hesabı ilə məğlub etdiyi finalda qələbə qolunu vuran Torresə “Oyunun ən yaxşı futbolçusu” mükafatını məhz Şakira təqdim edib.

Mükafatlandırma mərasimində Şakira və 26 yaşlı futbolçunun mehriban söhbəti, gülümsəmələri və qucaqlaşması sosial şəbəkə istifadəçilərinin diqqətindən yayınmayıb.

Əksər istifadəçilər bununla bağlı zarafatlar edərək Şakiranın keçmiş həyat yoldaşı, sabiq futbolçu Cerar Pikeyə eyhamlar vurublar.

İstifadəçilərdən biri “Torres bu gecə həm meydanda, həm də meydandan kənarda qalib gəldi”, digəri isə “Bu gün həm kuboku, həm də Şakiranın diqqətini qazandı” şərhini yazıb. Belə paylaşımlar qısa müddətdə minlərlə bəyənmə toplayıb.

Xatırladaq ki, Şakira və Cerar Pike 11 il birlikdə yaşayıb, 2022-ci ildə qalmaqallı şəkildə ayrılıblar. Müğənni isə 2026-cı il dünya çempionatının final şousunun əsas ulduzlarından biri kimi səhnəyə çıxaraq rəsmi mundial mahnısını ifa edib.

1 28

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: