nato rusiya cnubi qafqaz

Yaxın zamanlarda Cənubi Qafqaza Qərbdən böyük nümayəndə heyətinin gəlməsi planlaşdırılır. 

Globalinfo.az xəbər verir ki, bu iddia ilə Ermənistanın “Past” qəzeti çıxış edib.

Qəzet xüsusilə Bakı və İrəvanı ABŞ Dövlət Departamentinin nümayəndələrinin ziyarət edəcəyini bildirib. Məlumata görə, səfərdə əsas məqsəd regionla bağlı situasiya ilə tanış olmaqdır:

“XİN-dəki mənbəmizin dediyinə görə, xüsusilə Vaşinqtonu AB-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarın hesabatları qane etmir. Ona görə də Dövlət Departamenti situasiyanı birinci əldən öyrənməyi məqsədəuyğun hesab edir.

Mənbəmiz həmçinin bildirir ki, səfər ilk növbədə Vaşinqtona Rusiyanın regiondakı mövqeyinin zəiflədilməsi, öz mövqelərinin gücləndirilməsi, eləcə də AB müşahidəçilərinin kart-blanş təqdim edilməsi nöqteyi nəzərindən vacibdir”.

İlkin Həsənov

Globalinfo.az

Paylaş: