iran partlayis 1

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı növbəti zərbələr mərhələsinin başa çatdığını açıqlayıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə CENTCOM məlumat yayıb.

    Bildirilib ki, iyulun 14-də ABŞ-ın şərq sahili vaxtı ilə saat 22:00-da həyata keçirilən əməliyyat zamanı Hörmüz boğazı yaxınlığındakı və İranın sahilyanı ərazilərində yerləşən onlarla hərbi obyekt vurulub.

    Məlumata görə, ABŞ-ın qırıcı təyyarələri, pilotsuz uçuş aparatları və Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilər yüksək dəqiqlikli sursatlardan istifadə etməklə İranın raket və PUA infrastrukturu, hərbi dəniz imkanları və sahil müdafiə sistemlərinə zərbələr endirib.

    CENTCOM bildirib ki, əməliyyatın məqsədi İranın Hörmüz boğazında beynəlxalq ticarət gəmiçiliyini və mülki ekipajları təhdid etmək imkanlarını daha da zəiflətməkdir.

    Komandanlıq qeyd edib ki, zərbələr ABŞ-ın həmin gün İran limanlarına gedən və oradan çıxan gəmilərə qarşı dəniz blokadasını bərpa etməsindən sonra həyata keçirilib.

    ***00:17

    ABŞ İranın cənubunda yerləşən Bəndər-Abbas şəhəri və Əhvaz bölgəsinə hava zərbələri endirib.

    Globalinfo.az xəbər verir ki, İranın “Mehr” agentliyinin yaydığı məlumata görə, Hormozqan vilayətinin rəhbərliyi ABŞ-yə məxsus mərmilərdən bir neçəsinin Bəndər-Abbas şəhəri yaxınlığındakı əraziyə düşdüyünü təsdiqləyib.

    Bununla yanaşı, sosial şəbəkələrdə yayılan görüntülərdə Əhvaz bölgəsinin də ABŞ tərəfindən həyata keçirilən hava hücumlarına məruz qaldığı iddia olunur.

    Hücumların nəticələri, mümkün dağıntılar və itkilərlə bağlı hələlik rəsmi məlumat açıqlanmayıb.


    Tahir Turan
    Globalinfo.az

    Paylaş: