YANGIN 2

Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsində açıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu barədə FHN məlumat yayıb.

***
15:15

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsində açıq ərazidə məişət tullantılarının yanması barədə ilkin məlumat daxil olub.

Bu barədə Globalinfo.az-a FHN-dən bildirilib.

Qeyd edilib ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Əlavə məlumat veriləcək.

Paylaş: