mmm

Mərakeş millisinin azarkeşləri Fransa yığmasının fubolçularını ötən gecə yatmağa qoymayıb.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, afrikalı fanatlar Bostonda komandanın qaldığı otelin qarşısına toplaşan yüzlərlə Mərakeş azarkeşi gecə saatlarında fişənglər buraxıb, avtomobil siqnalları səsləndirib və nağara çalaraq futbolçuların istirahətinə mane olmağa çalışıb.

Onlar gecə boyu bunu təkrarlayıblar.

Daha sonra fransızların təhlükəsizlik xidməti onları ərazidən uzaqlaşdıra bilirlər.

Qeyd edək ki, Fransa və Mərakeş yığmaları bu gecə Bakı vaxtı ilə 00:00-da dünya çempionatının 1/4 final mərhələsində üz-üzə gələcəklər.

Paylaş: