iran

İran nümayəndələri yaxın vaxtlarda Vaşinqtonla əlaqə saxlayaraq razılaşma əldə etmək istədiklərini bildiriblər”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

O, Ağ Evdə jurnalistlərə açıqlama verib:

“Onlar çox ciddi şəkildə razılaşma əldə etmək istəyirlər. Bu yaxınlarda bizimlə əlaqə saxlayıblar”.

Xatırladaq ki, iyulun 8-də NATO sammiti çərçivəsində çıxış edən Tramp ABŞ ilə İran arasında qüvvədə olan atəşkəsin artıq başa çatdığını açıqlamışdı. Bundan sonra Vaşinqtonun zərbələri yenidən başlamış, ABŞ lideri İran rəhbərliyi barədə son dövrlərin ən sərt bəyanatlarından birini səsləndirmişdi.

Tramp İran rəhbərliyini “xəstə insanlar” və “cəmiyyətin tör-töküntüsü” adlandırmış, İslam Respublikasını isə Yaxın Şərqdə sabitliyin təmin olunması üçün aradan qaldırılmalı olan “xərçəng şişi”nə bənzətmişdi. O, həmin vaxt danışıqların artıq mənasını görmədiyini də bildirmişdi.

Bundan əvvəl isə Tramp İran barədə danışarkən gicgahına barmağını fırladaraq Tehran rəhbərliyini ələ salmışdı.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: