Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə NATO-nun baş katibi Mark Rutte arasında keçirilən görüşdə Ankarada təşkil olunacaq NATO Zirvəsinin gündəliyi, eləcə də regional və qlobal hadisələr müzakirə edilib.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.
Bildirilib ki, görüş Türkiyənin ev sahibliyi ilə Prezident Sarayında keçiriləcək NATO dövlət və hökumət başçılarının 36-cı Zirvə toplantısı çərçivəsində baş tutub.
Ərdoğan görüş zamanı Türkiyədə keçiriləcək NATO Liderlər Zirvəsinin uğurlu nəticələr verəcəyinə ümid etdiyini bildirib və ölkəsinin sammitə hazırlıq işlərini tam başa çatdırdığını qeyd edib.
Türkiyə Prezidenti vurğulayıb ki, Ankara Zirvəsində kollektiv müdafiə məsələlərindən başlayaraq müttəfiqlər arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsinə qədər bir çox vacib mövzu müzakirə olunacaq.
Ərdoğan həmçinin sammit çərçivəsində keçiriləcək Müdafiə Sənayesi Forumunun da xüsusi diqqət mərkəzində olacağına inandığını ifadə edib.
***19:53
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Baş katibi Mark Rutteni qəbul edib.
Globalinfo.az xəbər verir ki, bu haqda Anadolu Agentliyi məlumat yayıb.
Ərdoğanla NATO-nun Baş katibinin görüşü bağlı qapılar arxasında keçirilib.
Aysel Əliyeva
Globalinfo.az