patriot

Polşa Seyminin vitse-spikeri Kşiştof Bosak ölkə silahlarının parlamentin razılığı olmadan xaricə göndərilməsinin qadağan edilməsini təklif edib.

Globalinfo.az xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsindəki hesabında paylaşım edib.

Təşəbbüsə səbəb Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raketlərin gizli şəkildə göndərildiyi barədə iddialar olub.

“Hökumətin parlamentdən gizli şəkildə hava hücumundan müdafiə sistemimiz üçün son dərəcə vacib olan Patriot raketlərini Ukraynaya göndərdiyi barədə çox narahatedici məlumatlar var. Əgər doğrudursa, bu, böyük qalmaqaldır”, – deyə Bosak yazıb.

Onun sözlərinə görə, bu sistemlər Polşaya Kalininqrad vilayətindən yönələ biləcək Rusiyanın “İsgəndər” raketlərini vurmağa qadir olan yeganə hava hücumundan müdafiə vasitələridir.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: