Ermənistanın Baş naziri Nikol Paşinyan iyunun 7-də ölkədə keçirilən parlament seçkilərindən sonra ilk dəfə Rusiyaya səfər edəcək.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya hökumətinin rəsmi saytında məlumat yayılıb.
“Paşinyan Yekaterinburqda keçiriləcək XVI Beynəlxalq Sənaye Sərgisi – “INNOPROM 2026” çərçivəsində təşkil olunacaq “Sənaye 360: Sərhədsiz istehsal” adlı plenar iclasda iştirak edəcək.
Səfər çərçivəsində Rusiya Baş naziri Mixail Mişustin ilə ikitərəfli danışıqların da keçirilməsi planlaşdırılır”, – deyə bildirilib.
Qeyd edək ki, iyulun 1-də Mişustin və Paşinyan seçkilərdən sonra ilk telefon danışığını aparıblar. Məlumata görə, söhbət Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutub.
Əliyar Xəlil
Globalinfo.az