putin sened

Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın müstəqilliyinin 250 illiyi münasibətilə amerikalı həmkarı Donald Trampa təbrik məktubu göndərib.

Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Kremlin saytında bildirilib.

Putin məktubunda bildirib ki, Rusiya o zaman Şimali Amerika kolonistlərinin Britaniya hökmranlığına qarşı azadlıq uğrunda apardıqları mübarizəni qeyd-şərtsiz dəstəkləyib.

“Bu gün Rusiya və ABŞ iki ən böyük nüvə gücü olaraq, qlobal miqyasda təhlükəsizliyin və sabitliyin təmin edilməsi üçün xüsusi məsuliyyət daşıyırlar”, – o qeyd edib.

Rusiya liderinin sözlərinə görə, son iki əsr yarımda ölkələr arasında münasibətlərin salnaməsinə bir çox şanlı səhifələr yazılıb: “Biz iki dünya müharibəsində müttəfiq olmuşuq, birlikdə bəşəriyyəti nasizmin dəhşətlərindən azad etmişik, sonra müasir dünya nizamının təməlinin qoyulmasında mühüm rol oynamışıq”.

Putin əlavə edib ki, Rusiya ilə ABŞ arasında qarşılıqlı faydalı əməkdaşlığın qurulması bütün dünyanın maraqlarına uyğundur.

Paylaş: