Zelenskij 1

Prezident Volodimir Zelenskinin “Ukraynanın hansı qəhrəmanlara hörmət edəcəyinə heç kim göstəriş verə bilməz” bəyanatı Polşada ciddi narazılıqla qarşılanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə İsveçrənin “Neue Zürcher Zeitung” (NZZ) qəzeti yazıb.

Nəşrin məlumatına görə, Zelenski son çıxışında konkret olaraq heç bir ölkənin adını çəkməsə də, Polşa siyasətçiləri onun fikirlərini özlərinə ünvanlanan mesaj kimi qəbul ediblər. Beləliklə də, bunu təxribat xarakterli bəyanat sayıblar.

Qəzet qeyd edir ki, Kiyevlə Varşava arasında münasibətlər təxminən bir ay əvvəl gərginləşib. Buna səbəb Zelenskinin may ayında Silahlı Qüvvələrin bölmələrindən birinə Ukrayna Üsyançı Ordusunun (UPA) qəhrəmanlarının adının verilməsi ilə bağlı qərarıdır.

Bundan sonra Polşa Prezidenti Karol Navrotskinin Zelenskini ölkənin ən ali dövlət təltifi olan “Ağ Qartal” ordenindən məhrum etdiyi bildirilir. Nəşrin yazdığına görə, bu qərar Ukrayna ilə Polşa arasında müdafiə sahəsində əməkdaşlığa mənfi təsir göstərə, eyni zamanda Kiyevin Avropa İttifaqına üzvlük perspektivlərini də risk altına qoya bilər.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: