sherani dhana sar bus crash

Pakistanın Xeyber-Paxtunxva bölgəsinin Dhana Sar ərazisində sərnişin avtobusunun qəzaya düşməsi nəticədə ölənlərin sayı 40-a çatıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Şirani rayonunun müavini Hazrat Vali Kakar bildirib. 

Müavin qeyd edib ki, hazırda xilasetmə qrupları hadisə yerində əməliyyatları davam etdirir və yaralıların çıxarılması istiqamətində iş aparılır.

Məlumata görə, azı 8 yaralı sərnişin xəstəxanalara yerləşdirilib. Qəza nəticəsində avtobusun dərin dərəyə düşdüyü və çətin dağlıq ərazidə yerləşdiyi bildirilir.

Rəsmilər qeyd ediblər ki, avtobus Bəlucistan bölgəsindən Pişəvərə doğru hərəkət edirdi və ümumilikdə 48 sərnişin daşıyırdı.

Şirani rayon administrasiyasının məlumatına görə, hadisədən sonra bölgədə fövqəladə vəziyyət elan edilib, xəstəxanalarda təcili tibbi xidmətlər gücləndirilib.

Eyni zamanda rəsmilər avtobusun İran nefti daşıması ilə bağlı yayılan şayiələri təkzib ediblər.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: