NATO Zirvəsi öncəsi Türkiyənin paytaxtı Ankarada görülən hazırlıq işləri diqqət çəkib.
Globalinfo.az xəbər verir ki, Ankara Böyükşəhər Bələdiyyəsi paytaxtda sürətli abadlaşdırma işləri həyata keçirir.
Görülən bəzi tədbirlər isə şəhər əhalisi arasında maraqla qarşılanıb:
-Şəhərdə Zirvənin keçiriləcəyi məkanların ətrafındakı binalar ödənişsiz şəkildə yenilənib, boyanıb
-Sahibsiz küçə itləri toplanıb
-Liderlərin və digər qonaqların keçəcəyi yollar yenilənib, asfalt örtüyündəki çuxurlar, kanalizasiya quyularının ətrafı düzəldilib, yağış sularının axması üçün dəmir örtüklü deşiklər açılıb
– Fransa Prezidenti Emmanuel Makronun səhərlər qaça bilməsi üçün uyğun park axtarışına başlanılıb
-Şəhərin içindəki bəzi dağınıq ərazilər, səliqəsiz mənzərəyə səbəb olan yerlər panellərlə qapadılıb
-Polislər təhlükəsizlik tədbirlərini gücləndirib, yoxlamalara başlanılıb
-Qonaqların keçəcəyi yollarda Türkiyə müdafiə sənayesinin yerli istehsal silah və PUA-larının fotoları yerləşdirilib
-Şəhərdə polislər atla monitorinqlərə çıxıb
TAKSİ SÜRÜCÜLƏRİNƏ TƏLİMAT
-boz şalvar, ağ köynək geyinmək
-qonaqları Türk lokumu, kolonya və su ilə qarşılamaq.
📍Yeni görüntüler!
Kemalistleri “batı özentisi” olmakla suçlayan siyasal islamcılar, NATO zirvesi için adeta batıdaki gibi atlı polislere devriye attırmaya başladı.
Siyasal islamcılık işte budur! pic.twitter.com/sWECCubvxN
— Av. Cemil Çiçek (@avcemilyedek2) July 1, 2026
Qeyd edək ki, 7-8 iyul tarixlərində Türkiyə NATO Zirvəsinə ev sahibliyi edəcək.
Əliyar Xəlil
Globalinfo.az