Rusiya Prezidenti Vladimir Putin keçmiş müdafiə naziri Sergey İvanovla vida mərasiminə qatılıb.
Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib.
“Putin Sergey İvanovun Mərkəzi Klinik Xəstəxanada keçirilən vida mərasiminə qatılıb. Onun tabutuna gül qoyub və ailəsi ilə qısa söhbət edib”, – Peskov bildirib.
Qeyd edək ki, Sergey İvanov iyunun 26-da 73 yaşında vəfat edib.