elvar

Azərbaycanəsilli Gürcüstan vətəndaşı Polşada faciəvi şəkildə həlak olub.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, ölən şəxs Bolnisi rayonunun Kazreti qəsəbə sakini, 23 yaşlı Elvar Sariyevdir.

Məlumata görə, E.Sariyev işləmək məqsədilə Polşaya gedibmiş.

Hadisə də Polşanın Bjuze kəndi yaxınlığında yerləşən eyniadlı göldə baş verib. Bildirilir ki, Elvar Sariyev dostları ilə birlikdə göldə çimərkən boğulub.

Hadisə ilə bağlı araşdırma aparılır.

Paylaş: