piyada 2

“Edilən xəbərdarlıqlara və həyata keçirilən tədbirlərə baxmayaraq, yol-nəqliyyat hadisələrinin sayı artmaqdadır”.

Globalinfo.az xəbər verir ki, bu sözləri Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Təbliğat və ictimai işlər üzrə rəisi, polis kapitanı Toğrul Nəsirli deyib.

Onun sözlərinə görə, piyadaların iştirakı ilə baş verən qəzaların böyük əksəriyyəti piyada keçidlərindən istifadə edilməməsi səbəbindən yaşanır.

T.Nəsirli qeyd edib ki, piyada zolaqlarında nizamlamanın düzgün olmaması və yolu keçərkən mobil telefondan istifadə də qəzalara səbəb olan amillərdəndir.

O vurğulayıb ki, yol hərəkəti qaydalarına əməl olunması şəxsi nümunədən başlayır:

“Müəllim uşaqlara qırmızı işıqda yolu keçməməyi tövsiyə edir, lakin sonradan özü yolu keçərkən bu qaydaya əməl etmir”.

Zaira Akifıqızı
Globalinfo.az

Paylaş: