Ukrayna lideri Volodimir Zelenski Polşanın yeni prezidenti Karol Navrotskiyə vaxtilə ona təqdim olunan Ağ Qartal Ordenini geri göndərdiyini açıqlayıb.
Globalinfo.az xəbər verir ki, Zelenski sosial şəbəkə hesabında ordenin və poçt göndərişinin fotosunu paylaşıb.
O bildirib ki, Ağ Qartal Ordeni Polşa dövlətinin ən yüksək mükafatlarından biridir və xüsusi etimadın simvolu hesab olunur.
Ukrayna lideri qeyd edib ki, əgər Polşa tərəfi bu ordenin onun üzərində qalmasını uyğun bilmirsə, Kiyev bununla mübahisə etməyəcək. O, paylaşımında Ağ Qartal Ordeninin tarixən Rusiya imperatriçası II Yekaterina, İtaliya diktatoru Benito Mussolini və Almaniyanın sabiq kansleri Gerard Şröder kimi şəxslərdə də qaldığını xatırladıb.
Zelenski Polşa xalqına Ukraynaya göstərdiyi dəstəyə görə təşəkkür edib və iki ölkə arasında əməkdaşlığın regional təhlükəsizlik üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
“Biz hesab edirdik ki, 2023-cü ildə təqdim olunan Ağ Qartal Ordeni məhz Ukrayna xalqına və ordusuna ünvanlanıb. Bu gün isə ordeni Polşa Prezidentinə göndərdim”, – deyə Zelenski vurğulayıb.
Qeyd edək ki, Karol Navrotski bir gün əvvəl Volodimir Zelenskini Polşanın ən yüksək dövlət mükafatı olan Ağ Qartal Ordenindən məhrum etmək qərarını açıqlayıb.
Əliyar Xəlil