Polşa Prezidenti Karol Navrotski Ukrayna Prezidenti Volodimir Zelenskini “Ağ Qartal” ordenindən məhrum etmək qərarından sonra Ukrayna rəsmiləri Polşa dövlət mükafatlarından imtina etməyə başlayıblar.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Polşaya xidmətlərinə görə verilmiş Komandor Xaçı və Ulduz ordenindən imtina etdiyini açıqlayıb.
Bundan sonra analoji qərarı Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov da qəbul edib. O, “Polşaya xidmətlərinə görə” ordeninin Qızıl zabit xaçından imtina etdiyini bəyan edib.
Məsələ ilə bağlı Polşa və Ukrayna tərəflərindən əlavə rəsmi açıqlama verilməyib.