tramppp

Polşa hakimiyyəti ölkədə ABŞ-ın daimi hərbi bazasına Prezident Donald Trampın adının verilməsinə qarşı deyil.

Globalinfo.az xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış məlumat verib.

“Fort Tramp” adlandırılmasında heç bir problem yoxdur. Bilirəm ki, bazanın adı məsələsi də bu müzakirələrdə mühüm rol oynayır. Məncə, bu, heç bir problem yaratmamalıdır. Polşada Amerika hərbçilərinin daimi mövcudluğu üçün ödənilməli olan qiymət budur”, – deyə nazir bildirib.

Bundan əvvəl Polşa Prezidenti Karol Navroçki ölkədə ABŞ-ın daimi hərbi bazasının yaradılacağı təqdirdə onun Donald Trampın şərəfinə “Fort Tramp” adlandırıla biləcəyini açıqlayıb. Polşa lideri bazanın tikintisinin Trampın 2029-cu ildə başa çatacaq prezidentlik müddəti başa çatana qədər yekunlaşacağına ümid etdiyini deyib. O, ABŞ prezidentinin bazanın açılış mərasimində şəxsən iştirak edəcəyinə də ümid etdiyini bildirib.

Bununla yanaşı, Polşanın xarici işlər naziri Radek Sikorski bazanın Trampın adını daşımasını alçaldıcı hesab edib. O qeyd edib ki, bazanın açılışı yalnız bir neçə ildən sonra gözlənilir və həmin vaxta qədər onun tikintisi üçün ABŞ Konqresi tərəfindən maliyyələşmə təsdiqlənməlidir.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: