Ağdam rayonunda qeydə alınan yol-nəqliyyat hadisəsində xəsarət alan şəxslərin kimliyi məlum olub.
Globalinfo.az Trend-ə istinadla xəbər verir ki, qəza zamanı eyni ailənin üzvləri olan üç bacı 47 yaşlı Mələk Baxşalıyeva, 51 yaşlı Nicat Hümbətova və 45 yaxşlı Məhbubə Zeynalova, eləcə də 4 yaşlı Etibar Hümbətov müxtəlif dərəcəli xəsarətlər alıblar.
Hadisənin başvermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam etdirilir.
***23:50
Ağdamda dörd piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Globalinfo.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, qəza rayonun 83 saylı İmamqulubəyli qəsəbəsi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, hərəkətdə olan “VAZ-2106” markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yol kənarında olan dörd piyadanı vurub.
Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxslər Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma başlanılıb, hadisənin başvermə səbəbləri araşdırılır.