Globalinfo.az xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Cey Di Vens deyib.
Onun sözlərinə görə, İsraildə razılaşmaya verilən reaksiya həddindən artıq emosionaldır və sazişin Təl-Əviv üçün təhlükəli olması ilə bağlı səslənən iddialar faktlarla təsdiqlənmir.
Vens həmçinin razılaşmanın İran və “Hizbullah”ın mövqelərini gücləndirəcəyi barədə narahatlıqları rədd edib. O vurğulayıb ki, ABŞ İranla bağlı siyasətini formalaşdırarkən öz milli maraqlarını rəhbər tutur və bu məsələdə İsrailin mövqeyindən asılı deyil.
Vitse-prezident əlavə edib ki, milli təhlükəsizliklə bağlı bütün problemləri yalnız hərbi yolla həll etmək mümkün deyil.
Xatırladaq ki, İsrailin baş naziri Benyamin Netanyahu memorandumu açıq şəkildə tənqid etməsə də, koalisiyanın bəzi üzvləri sazişə qarşı çıxıblar.
Əliyar Xəlil