ukrayna 1 1 2 2

G7 ölkələri Ukraynaya hava hücumundan müdafiə sistemlərinin, o cümlədən uzaqmənzilli sistemlərin tədarükünü artırmaq niyyətindədirlər.

Globalinfo.az xəbər verir ki, bu barədə Fransada keçirilən sammitdə G7 liderlərinin geosiyasi məsələlərə dair birgə bəyanatında bildirilib.

    “Biz hava hücumundan müdafiə sistemlərinin, əlavə sistemlərin və tutucu qurğuların, eləcə də uzaqmənzilli sistemlərin tədarükünü artırmaq barədə razılığa gəldik. Biz həmçinin Ukraynaya öz hərbi istehsalını artırmağa imkan verəcək lisenziyaların verilməsi imkanını nəzərdən keçirməyə hazırıq”, – bəyanatda deyilir.(APA)

    Paylaş: