Ermənistanda seçicilər üçün yeni “yaşayış yeri tələbi”nin tətbiqi müzakirə olunur.
Globalinfo.az xəbər verir ki, bu barədə “Armenpress” məlumat yayıb.
Belə ki, hakim Vətəndaş Müqaviləsi Partiyası fraksiyasından olan deputatlar seçkilərdə və referendumlarda iştirak hüququnun məhdudlaşdırılmasını nəzərdə tutan qanun layihəsi təqdim ediblər.
Layihəyə əsasən, səsvermə hüququ yalnız seçkilərdən əvvəlki 12 ay ərzində ən azı 6 ay Ermənistanda yaşamış vətəndaşlara şamil olunacaq.
Təşəbbüsün məqsədinin ölkə daxilində yaşayan seçicilərin qərarvermə prosesində rolunu artırmaq olduğu bildirilir. Layihə qəbul edilərsə, bu il keçirilən parlament seçkiləri üçün əhəmiyyətli dəyişiklik olacaq.
Qeyd edək ki, parlament seçkilərində səslərin böyük əksəriyyətini hazırki baş nazir Nikol Paşinyan yığıb.
Tahir Turan