İstanbuldan Antalyaya uçan “Turkish Airlines” sərnişin təyyarəsi Antalya hava limanına eniş edərkən rabitə qülləsinə çırpılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Shot” məlumat yayıb. Məlumata görə, Təyyarə dayanacağa gedərkən yerdəki radar dirəyinə çırpılıb.
Sərnişinlərin güclü zərbə hiss etdikləri bildirilir. Hadisə yerinə təcili yardım xidmətləri göndərilib.
Təyyarədən 267 sərnişin təxliyə edilib. İlkin məlumatlara görə, bir nəfər xəsarət alıb.
Tahir Turan
Globalinfo.az