Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğan İsrail rəhbərliyini kəskin tənqid edərək ölkənin hazırkı hakimiyyət dövründə nifaq və qarşıdurma yuvasına çevrildiyini deyib.
Globalinfo.az xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.
Ərdoğan bildirib ki, İsrailin hazırkı rəhbərliyi dövründə ölkə bölgədə sabitliyi pozan siyasət yürüdür.
“İsrail qeyri-sabitlik və xaos yaradan nifaq fabrikinə çevrilib”, – deyə Türkiyə lideri bildirib.
Ərdoğan həmçinin nasist Almaniyasının lideri Adolf Hitler ilə müqayisə apararaq Netanyahuya xəbərdarlıq edib:
“Hitlerin yolu ilə gedənlər unutmamalıdırlar ki, bu siyasəti davam etdirsələr, tarixdəki digər tiranların aqibəti ilə üzləşəcəklər”.
Ərdoğan əlavə edib ki, Türkiyə məzlum xalqlara dəstəyini davam etdirməklə yanaşı, kütləvi qətllərə görə məsuliyyət daşıyan şəxslərin hüquq və tarix qarşısında cavab verməsi üçün bütün zəruri addımları atacaq.
Qeyd edək ki, Türkiyə ilə İsrail arasında münasibətlər son aylarda Yaxın Şərqdə baş verən hadisələr fonunda daha da gərginləşib.
Əliyar Xəlil