“Üç-dörd ay ərzində dövlət başçısı vəzifəsindən istefa verə bilərəm”.
Globalinfo.az xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç “Radio Belgrade”a müsahibəsində deyib.
Serbiya lideri ayrılmasının sürpriz olmayacağını və artıq tədricən vəzifəsini tərk etməyə başladığını vurğulayıb.
“Kitablarımı prezident aparatından yığmağa başladım. Dostlarımdan 500 kitabı kim qəbul edə biləcəyini soruşdum. Səlahiyyət müddətim ərzində aldığım 1200 kitabı hansısa quruma bağışlayacağam, hələ hansının olacağına qərar verirəm”, – deyə o bildirib.
Prezident həmçinin etiraf edib ki, hazırkı hökumətdən prezident vəzifəsinə layiqli varis axtarır.
Vuçiç əvvəllər 2027-ci ildən sonra Serbiyanın Baş naziri vəzifəsinə qayıda biləcəyini bildirmişdi.
Əliyar Xəlil
Globalinfo.az