7149a922 ce3c 44ba bb95 822c3f91cee6

Niderlandın İrandakı səfirliyi fəaliyyətini bərpa edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Niderlandın Bakıdakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, müvəqqəti olaraq Tehrandan Bakıya köçürülmüş səfirlik iyunun 7-də Tehrandakı fəaliyyətini bərpa edib.

Azərbaycana Niderlandın İrandakı səfirliyinə dəstək göstərdiyinə görə minnətdarlıq ifadə edilib.

Qeyd edək ki, bundan əvvəl Niderlandın Tehrandakı səfirliyi ABŞİran müharibəsi zamanı təhlükəsizlik səbəbilə İrandan köçürülərək işinə Bakıda davam edib.

Paylaş: