ABŞ administrasiyası İranın gələcəkdə Fars körfəzi ölkələrinə vura biləcəyi zərərin kompensasiyası məqsədilə Tehrana məxsus aktivlərdən istifadə etməyi planlaşdırır.
Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Bildirilib ki, Vaşinqton İranın dondurulmuş aktivlərini regiondakı müttəfiqlərinin dəstəklənməsi, bərpa işləri və mümkün ziyanın aradan qaldırılması üçün ayırmağı nəzərdən keçirir:
“ABŞ Fars körfəzi ölkələrindəki müttəfiqlərinə İranın gələcəkdə vuracağı zərərin qarşılanması, dəstək və bərpa işlərinin maliyyələşdirilməsi üçün İran aktivlərinə çıxış imkanı verəcək”.
Məlumatda həmçinin qeyd olunur ki, ABŞ artıq dəymiş ziyanın ödənilməsi üçün də İran aktivlərindən istifadə imkanını nəzərdən keçirəcək.
Safura Bənnayeva
Globalinfo.az