yangin kurdemir

Kürdəmirdə açıq ərazidə baş verən yanğın söndürülüb.

FHN-dən Globalinfo.az-a verilən məlumata görə, yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi tərəfindən ətraf əraziyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

***15:14

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Kürdəmir rayonunda quru otluq ərazinin yanması ilə bağlı məlumat daxil olub.

Bu barədə Globalinfo.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, məlumatla əlaqədar hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi cəlb edilib.

    Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.

    Əlavə məlumat veriləcək.

    ***14:48

    Kürdəmir rayonunda yaşıllıq olan ərazidə yanğın başlayıb.

    Globalinfo.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

    Geniş ərazini əhatə edən yanğın nəticəsində sıx qara tüstünün havaya qalxdığı görünür. İlkin məlumata görə, hadisə meşəlik sahədə qeydə alınıb və ağaclar yanır.

    Məsələ ilə bağlı Oxu.az aidiyyəti quruma sorğu ünvanlayıb.

    Paylaş: