WhatsApp Image 2026 06 04 at 13.21.37 1 1

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, yanğın iki anbarda baş verib. Anbarlardan birində dərmanlar saxlanılırmış.

yy1
yy2
yy3
yy4
yy5
yy6
yy7
yy8
yy9

X X X

Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən obyektdə baş verən yanğın söndürülüb.

Bu barədə Globalinfo.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

***15:30

Bakı şəhərinin Nizami rayonu ərazisində yerləşən obyektdə baş verən yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Globalinfo.az oxu.az-a istinadən xəbər verir ki, yanğın bir-birinə bitişik dərman anbarlarında baş verib.

Hazırda Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən yanğının söndürülməsi istiqamətində işlər aparılır.

Hadisə şahidlərinin sözlərinə görə, xəsarət alan yoxdur.

Qeyd olunur ki, yanğın saat 12 radələrində başlayıb.

***14:05

Bakı şəhəri, Nizami rayonu ərazisindəki obyektdə başlayan yanğının söndürülməsi istiqamətində işlər davam edir.

Globalinfo.az xəbər verir ki, Baku TV hadisə yerindən canlı bağlantı ilə məlumatları çatdırır:

***13:19

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsində obyektdə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən Globalinfo.az-a verilən məlumata görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Paylaş: