İranın Küveytin beynəlxalq hava limanına hücumu nəticəsində ümumilikdə 63 nəfər xəsarət alıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Küveyt Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, yaralananlar arasında hava limanının əməkdaşları və sərnişinlər də var.
Qeyd edək ki, daha əvvəl Küveyt Xarici İşlər Nazirliyi İranın hücumu nəticəsində bir nəfərin öldüyünü açıqlayıb.
***13:30
İranın pilotsuz təyyarələr və ballistik raketlərlə Küveytin beynəlxalq hava limanının terminalına endirdiyi zərbələr nəticəsində bir nəfər həlak olub.
Globalinfo.az xəbər verir ki, bu barədə Küveyt Xaici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ən son hücum bu gün səhər saatlarında baş verib və yenidən mülki və digər mühüm obyektlərə, o cümlədən Küveyt beynəlxalq hava limanına yönəldilib:
“Bu, bir nəfərin həlak olmasına, digərlərinin yaralanmasına, həmçinin mühüm obyektlərin, o cümlədən diplomatik nümayəndəliklərin zədələnməsinə səbəb olub”.
*** 10:43
İranın hücum nəticəsində Küveyt Beynəlxalq Hava Limanına ziyan dəyib.
Globalinfo.az xəbər verir ki, bu barədə Küveytin Mülki Aviasiya İdarəsi məlumat yayıb.
Bildirilib ki, təhlükəsizlik səbəbi ilə hava limanında bütün uçuşlar dayandırılıb.
Bundan başqa, infrastruktur ciddi zərər görüb, xəsarət alanlar var.