Piyadanı vurub öldürdü, qaçdı – FOTO

Qəbələdə piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Mirzəbəyli kəndində baş verib.

Nəticədə kənd sakini 1997-ci il təvəllüdlü Qədirov Orxan hadisə yerində ölüb.

Sürücü hadisə yerindən yayınsa da, sonradan polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.