Paytaxtın Nəsimi rayonunda – metronun “28 May” stansiyası yaxınlığında binanın üzlüyü yüksəklikdən həyətə tökülüb.
Globalinfo.az xəbər verir ki, hadisəyə dair görüntülər sosial şəbəkədə paylaşılıb.
Əlaqəli xəbər
Azər Maqsudovun qızı məhkəmədə yalan ifadə verib? – Proses
Bildirilib ki, hadisə Səməd Vurğun parkının yanındakı çoxmərtəbəli binada baş verib.
Binanın aqlay örtüyünün qoparaq tökülməsi nəticəsində bir neçə avtomobilə ciddi zərər dəyib.
Xəsarət alanın olub-olmaması barədə məlumat verilməyib.