sibiqa1

Rusiya Kiyevə qarşı son dövrdə ən güclü hücumlardan birini həyata keçirib”.

Globalinfo.az xəbər verir ki, bunu Ukraynanın Xarici İşlər naziri Andrey Sibiqa deyib.

O, beynəlxalq müttəfiqlərə çağırış edərək Ukraynaya dəstəyin artırılmasını istəyib və təzyiqlərin gücləndirilməsinin vacibliyini vurğulayıb.

Sibiqa qeyd edib ki, Ukraynanın hava hücumundan müdafiəsi daha da gücləndirilməlidir.

O, həmçinin müdafiə sənayesinə əlavə investisiyaların ayrılmasını tələb edib.

Qeyd edək ki, Rusiya ordusu mayın 24-nə keçən gecə Kiyevə zərbələr endirib. Nəticədə 2 nəfər ölüb, 44 nəfər yaralanıb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: