maksim quen1

“WUF-un 13-cü sessiyası xüsusi əhəmiyyət daşıyır. Bakı müasir memarlığı ilə məşhurdur, eyni zamanda şəhərin hər bir hissəsində memarlıq harmoniyasının qorunub saxlanması diqqətəlayiqdir”.

Bunu Globalinfo.az-a açıqlamasında fransalı tarixçi, politoloq Maksim Quen deyib.

“Digər məsələ, bir əsrdən çoxdur ki, ətraf mühitlə bağlı narahatlıqların nəzərə alınmadığı neft hasilatından sonra bütün ərazilərdə çirklənmənin aradan qaldırılması idi. Bundan başqa, Azərbaycan digər bir çətinliklə üzləşir: azad edilmiş ərazilərin yenidən qurulması. Bununla belə, ən müasir həll variantlarına üstünlük verilir: 2016-cı ildə azad edilmiş kəndlərin yenidən qurulmasında tətbiq edilən metodlar, ən son nəaliyyətləri nəzərə almaq üçün 2020-ci ildən sonra təkrarlanmadı.

​​Həm Bakıda, həm də azad edilmiş ərazilərdə Azərbaycan öz resurslarından, eləcə də çoxsaylı xarici şirkətlərin potensialından istifadə edib. Və şəhərsalmanın ümumi inkişafına nail olmaq üçün təcrübələrdən keçmək məhz WUF-un təbiəti üçün xarakterikdir”.

Gülnar Səlimova
Globalinfo.az
İstanbul

Paylaş: