Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson hazırkı hökumət başçısı Kir Starmeri Rusiya ilə bağlı neft sanksiyalarının yumşaldılmasına görə tənqid edib.
Globalinfo.az xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsində yazıb.
“Qorxuram ki, bu gün Kreml Starmer hökumətinin səriştəsizliyi və axmaqlığına güləcək. Bu, Ukraynaya xəyanətdir və britaniyalı istehlakçılara da heç bir fayda verməyəcək”, — deyə Conson bildirib.
Qeyd edək ki, 19 mayda Böyük Britaniya üçüncü ölkələrdə Rusiya neftindən istehsal olunan dizel və kerosin idxalına icazə verib. Bu qərar 20 maydan qüvvəyə minib.
18 mayda isə ABŞ da Rusiya neftinin dəniz daşımalarına dair icazəni 30 gün uzadıb.
Əliyar Xəlil
Globalinfo.az